olkepress.com
olkepress.com

Rasim Məmmədovun həbsi ilə bağlı İLGİNC İDDİA - Son anda Ramiz Mehdiyev...

2-02-2021, 12:24

Rasim Məmmədovun həbsi ilə bağlı İLGİNC İDDİA - Son anda Ramiz Mehdiyev..."Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovun həbs olunduğu haqda oxuculara məlumat vermişdik.

Əldə etdiyimiz son informasiyaya görə, “Baku Steel Company” şirkətinin fəaliyyətinin araşdırılması zamanı R.Məmmədovun yüz milyonlarla manat dövlət vəsaitini qanunsuz yollarla ələ keçirdiyi aydın olub. Bu səbəbdən də həmin vəsaitin ondan geri alınaraq, dövlət büdcəsinə qaytarıldığı iddia edilir.

Qeyd edək ki, “Baku Steel Company” şirkətinin qeyri-rəsmi sahibi kimi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin adı hallanır. Mənbənin sözlərinə görə, Rasim Məmmədovun həbsindən sonra R.Mehdiyev “mən onun işinə qarışmıram, nə edirsiniz edin, bizə toxunmayın”, – deyib.

Xatırladaq ki, srağagün Səbail Rayon Məhkəməsində “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Təqdimat təmin edilib və Rasim Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

İddia olunur ki, o, Ramiz Mehdiyevin kürəkəninin və oğlunun şikayəti əsasında tutulub. (“Hürriyyət”)

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
MƏZƏNNƏ
 Valyuta məzənnəsi