"Mənə görə davam etmək olmur deyə bir şey yoxdur. İnsanın həyatındakı işlər, dostluqları, münasibəti də əslində bir yoldur".
"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu türkiyəli müğənni Oğuzhan Koçla boşanma ərəfəsində olan aktrisa Demet Özdəmir deyib.
"InStyle” jurnalına müsahibə verən aktrisa bildirib ki, realist olduğu üçün hər şey doğru vaxtda, doğru şəkildə sonlanır:
"Bir yerə qədər ən yaxşı şəkildə davam etməyə çalışırsan, səy göstərirsən, vaxtı bitəndə isə vidalaşırsan".
Qeyd edək ki, Demet və Oğuzhan ötən il ailə qurublar.