olkepress.com
olkepress.com

WhatsApp”ın yenilənməsi onu tamamilə fərqli tətbiqə çevirdi

28-03-2023, 08:25

WhatsApp”ın yenilənməsi onu tamamilə fərqli tətbiqə çevirdi

“WhatsApp” mesenceri “Windows” istifadəçiləri üçün yeni proqram təqdim edib.

Belə ki, artıq “WhatsApp” “Zoom”la rəqabət apara biləcək, çünki bir audiozəngdə 32 nəfərə qədər, videoçatda isə 8 nəfərə qədər insan iştirak edə bilər.

“Windows” üçün yeni proqramı onu daha çox “WhatsApp”ın mobil analoquna bənzədib.

Yeni versiya çoxlu cihaz sinxronizasiyasını da dəstəkləyir. Bu, o deməkdir ki, hətta telefonunuz olmadan da “Windows”da “WhatsApp”dan istifadə etməyə davam edə bilərsiniz.

Yeni proqramda linklərin ön izləmələri və stikerlər kimi xüsusiyyətlər də mövcuddur.


Ekspertlərin fikrincə, əlavə edilən funksiyalar onu əslində tamamilə yeni bir tətbiqə çevirib.

“WhatsApp” qurucularından verilən məlumata görə, zaman keçdikcə videozənglərdə 8, audiozənglərdə isə 32 nəfərlik məhdudiyyət də aradan götürüləcək.

Mənbə: Haber Global


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi