olkepress.com
olkepress.com

Azərbaycan xüsusi infrastruktur vasitəsilə Aİ-yə mavi yanacaq satacaq

13-03-2023, 08:21

Azərbaycan xüsusi infrastruktur vasitəsilə Aİ-yə mavi yanacaq satacaq

Türkiyədə ötən ay baş vermiş zəlzələlər qaz qovşağı layihəsinin təxirə salınmasına səbəb olmayacaq. Azərbaycan xüsusi infrastruktur vasitəsilə Aİ-yə mavi yanacaq satacaq.

"Report" xəbər verir ki, bu barədə Rusiya mətbuatı Türkiyə hökumətinə ölkənin istinadən məlumat yayıb.

Türkiyənin Energetika Nazirliyinə istinadla qeyd olunur ki, bu ölkənin cənub-şərqindəki zəlzələlər qaz qovşağının tikintisi layihəsinin dayandırılmasına maneə olmayacaq.

Söhbət ticarət platformasının yaradılmasından və cənub kəmərinin qaz infrastrukturunun fəal inkişafından gedir. Əlcəzair, Qətər və Azərbaycanın bu mərkəz vasitəsilə Aİ-yə mavi yanacaq satacağı gözlənilir.

Məlumata görə, Moskva və Ankara layihəyə qayıdıb. Türkiyədə ötən ay baş vermiş təbii fəlakət fonunda layihənin ləğvi barədə söhbət olmayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi