olkepress.com
olkepress.com

Şimali Koreya sualtı qayıqdan iki qanadlı raket buraxıb

13-03-2023, 08:14

Şimali Koreya sualtı qayıqdan iki qanadlı raket buraxıb

Şimali Koreya bazar günü sualtı qayıqdan iki qanadlı raket buraxıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi Şimali Koreya mətbuatına istinadən məlumat verib.

Agetliyin yazdığına görə, söhbət buraxılışı sualtı qayıqdan həyata keçirilən “strateji qanadlı raketlərdən” gedir.

Agentlik həmçinin Cənubi Koreya Baş Qərargah rəislərinə istinadən məlumat yayıb ki, Cənubi Koreya hərbçiləri Sinpo bölgəsində “naməlum tipli raketin” buraxılışını aşkar ediblər. Komitə sınaqların həftəsonu keçirildiyini qeyd edərək, onların dəqiq vaxtını açıqlamayıb.

"Ehtimallara görə, buraxılış ABŞ və Cənubi Koreyanın martın 13-də başlayacaq “Freedom Shield” birgə hərbi təlimlərinə etiraz olaraq edilib", - deyə "Yonhap" yazır.

“Monitorinq və sayıqlığı gücləndirməklə, ordumuz ABŞ-la sıx əməkdaşlıq edərək tam hazır vəziyyətdədir", - deyə agentlik Cənubi Koreya Aparat Rəhbərləri Komitəsinin bəyanatından sitat gətirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi