Son 28 gündə koronavirusa yoluxanların və ölüm hallarının sayı müvafiq olaraq 77 % və 66 % azalıb.
“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.
“Dünyada son 28 gündə (cari ilin yanvarın 30-dan fevralın 26-dək) 4,8 milyondan çox yeni yoluxma halı və 39 000-dən çox ölüm qeydə alınıb ki, bu da öncəki 28 günlə müqayisədə müvafiq olaraq 76 % və 66 % azalıb”, - ÜST-nin həftəlik epidemioloji xülasəsində bildirilib.
Fevralın 26-na olan vəziyyətə görə, dünyada 758 milyondan çox təsdiqlənmiş yoluxma halı və 6,8 milyondan çox ölüm faktı qeydə alınıb.