olkepress.com
olkepress.com

Xəyalları dağıntılar altında qaldı, həyatlarını Bursada birləşdirdilər - Foto

1-03-2023, 08:15

Xəyalları dağıntılar altında qaldı, həyatlarını Bursada birləşdirdilər - Foto

Hatayda zəlzələdən sağ çıxan Adem və Tülin cütlüyü məskunlaşdıqları Bursada həyatlarını birləşdirən evliliyə imza atıblar.

"Qafqazinfo" "İHA"ya istinadən xəbər verir ki, 2 il əvvəl Hatayda tanış olub nişanlanan Adem Akçe (34) və Tülin Sümbül (29) Kahramanmaraşda baş verən zəlzələdə son anda evlərini tərk edə biliblər.

Arzuladıqları toy üçün aldıqları cehiz dağıntılar altında qalıb. Evləri dağılan cütlük Bursaya gəliblər.

Nigah günündə Tülinin bu sözləri duyğulu anlar yaşadıb: "İndi biz həyatımızı burada davam etdirmək istəyirik. Xatirələrimiz, aldığımız toy əşyaları Hatayda dağılan evimizlə birlikdə getdi. Şükürlər olsun ki, əlimiz, ayağımız var. Biz yenidən ev qura və əşyalar ala bilərik".
Xəyalları dağıntılar altında qaldı, həyatlarını Bursada birləşdirdilər - Foto


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi