olkepress.com
olkepress.com

Hava şəraiti kəskin dəyişəcək

22-02-2023, 08:48

Hava şəraiti kəskin dəyişəcək

Fevralın 23-ü axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Hava şəraitinin yağıntılı olacağı və qar şəklində düşəcəyi gözlənilir. Qarlı proses respublikanın əksər bölgələrini əhatə edəcək. Hətta Böyük Qafqazın bəzi ərazilərində, dağlıq və dağətəyi zonalarda qarın intensiv olacağı proqnozlaşdırılır.

Olkepress.com xəbər verir ki, bunu Azərtac-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, fevralın 23-ü axşamdan başlayaraq Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir. Gecə saatlarından etibarən və fevralın 24-ü günün birinci yarısında yarımadanın bəzi yerlərində sulu qar yağacağı ehtimal edilir: “Proqnoz qısamüddətlidir. Fevralın 24-ü axşam saatlarında ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında yağıntılar kəsiləcək”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi