Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 81 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb.
Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 825 737 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 141 nəfər müalicə olunaraq sağalıb, 10 002 nəfər vəfat edib, aktiv xəstə sayı 594 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 100, hazırkı dövrədək isə 7 415 031 test aparılıb.