olkepress.com
olkepress.com

27 ildən sonra Yeri gözləyən təhlükə... - Bu, 6-cı hadisə olacaq

20-12-2022, 09:15

27 ildən sonra Yeri gözləyən təhlükə... - Bu, 6-cı hadisə olacaq

Alimlər hesab edirlər ki, Yer kürəsi bu əsrin sonunda 6-cı dəfə yoxa çıxacaq.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı araşdırma Kanadada aparılıb.

Belə ki, BMT-nin Bioloji müxtəliflik adlı konfransında avropalı alimlərin təqdim etdiyi yeni araşdırmaya görə, 2100-cü ilə qədər Yerdəki həyatın əhəmiyyətli bir hissəsi yox olacaq.

Mütəxəssislər iqlim dəyişikliyi və resurslardan düzgün istifadə edilməməsi nəticəsində dünyada biomüxtəlifliyin azalmasının qısa müddətdə sürətlənəcəyini proqnozlaşdırıblar.

Avstraliyalı və avropalı alimlər Yerin gələcəyi ilə bağlı proqnozlar vermək üçün superkompüter vasitəsilə “virtual Yer” modelini hazırlayıblar. Əldə edilən nəticələrə görə, 2050-ci ilə qədər dünyada mövcud bitki növlərinin yüzdə 10-u yox olacaq, 2100-cü ilə qədər bu nisbət yüzdə 27-yə çatacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi