olkepress.com
olkepress.com

Gömrük generalı HƏBS EDİLDİ: Nədə ittiham olunur?

22-06-2022, 19:45

Gömrük generalı HƏBS EDİLDİ: Nədə ittiham olunur?

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimata baxılıb.

APA xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Sabiq direktorun 200 mindən çox rüşvət aldığı bildirilir.

Qeyd edək ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi