Şəki rayonunun Dəhnə kəndində 15 yaşlı qız evləndirilib.
Ölkəpress.com Unikal.org-a istinadən xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb. Yayılan məlumatlarda qızın 29 yaşlı oğlanla evləndiyi bildirilib.
DİN Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hazırda yayılan görüntülərlə bağlı araşdırma aparılır.