olkepress.com
olkepress.com

Gördüyünüz bu "alver" Yevlax MERO-su adlanan "prava bazar"ında lentə alınıb - VİDEO

21-06-2021, 09:15

Gördüyünüz bu "alver" Yevlax MERO-su adlanan "prava bazar"ında lentə alınıb - VİDEO

Gördüyünüz bu "alver" Yevlax MERO-su adlanan "prava bazar"ında lentə alınıb.

Özü də bu cür açıq-aşkar fəaliyyət yeni deyilaa...
Həmişə olub. İstər "Həsən ağanın qohumu" Elxan Əliyevin dövründə, istərsə də Cavanşir Vəliyevin...
Teref.az xəbər verir ki, bunu sosial şəbəkə istifadəçisi Jalə Əsədova öz səhifəsində yazır. Daha sonra Jalə Əsədova yazır:
Maraqlıdır ki, yerli medialardan oxuduğumuz məlumatlarda deyilir ki, Yevlax rayon 7 saylı Qeydiyyat, İmtahan və texniki baxış şöbəsinin rəisi Cavanşir Vəliyevin xələfi Elxan Əliyev hər oturduğu məclisdə deyirmiş ki, BDYPİ-nin rəisi "Ramiz Zeynalov mənim həm yerlimdir, həm də ki, qohumum."
Elə qohumuna arxalanıb rüşvəti "işinin haqqı" kimi qəbul edən E.Əliyevin "bazarkom" olduğu vaxtlarda da korrupsiya faktları barəsində "yuxarı"lara çoxsaylı şikayətlər ünvanlanırdı.
Əlqərəz...
Söhbəti çox uzatmaq istəmirəm. Yəni, sözümün canı o ki, MERO-larda yaşanan "sərbəst alver"dən Ramiz Zeynalovun xəbərinin olmaması adama biraz qaranlıq qalır...
Hələ yeni rəis Cavanşir Vəliyevin də "Maşallah"ı var vallah...
Elə "kreslo"ya oturan kimi "cəsarətli" addımı ilə nəyinki regiona, hətta ölkəyə səs salıb.
Cəsarətli addım isə ondan ibarətdir. Demək, yerli medialardan öyrəndik ki, dövlət rüsumu 30.40 azn olan texniki baxışın qiymətini, Cavanşir Vəliyev 85.00 azn-ə qaldırıb.
Belə "yenilik" kimin ağlına gələrdi?!...
Nə bilim vallah...
Yeri gəlmişkən bu barədə ətraflı məlumatımız həftənin birinci günü inşallah redaksiyamızda yayımlanacaq.
Bir də ki, mən təkcə Yevlax MERO-sunun adını çəkdim, qorxuram birdən Sumqayıt MERO-su və ya digərləri inciyər...
"Əzizlərim", qətiyyən inciməyin, sadəcə biraz səbrli olun, tezliklə sizin də görüntüləriniz, həmçinin haqqınızda ətraflı araşdırma məlumatlarımız ardıcıl olaraq Agentliyimiz tərəfindən yayımlanacaq.
Yəni anlayacağınız sizin də "məşhur" olmağınız üçün əlimizdən gələni edəcəyik.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi