olkepress.com
olkepress.com

Nazirliyin idmançı əməkdaşı jurnalisti hədələdi – VİDEO

3-06-2021, 19:51

Nazirliyin idmançı əməkdaşı jurnalisti hədələdi – VİDEO


Xırdalan şəhəri Şıxəli Qurbanov küçəsində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəzərdə tutulub. Bu də ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olub.

Baku TV-nin məlumatına görə, ərazidə tikinti vətəndaş Gülzar Cəlilova tərəfindən həyata keçirilir.

Sakinlərin narazılığına səbəb olan isə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq Tikinti Şöbəsinin layihə əsasında 210 kvadratmetrlik tikintiyə icazə verməsinə baxmayaraq, vətəndaşın 800 kvadratmetrlik üçmərtəbə, bir mansard tipli binanın bünövrəsini qazdırması olub.

Baku TV əməkdaşları sözügedən ərazidə olduqları zaman özünü tikintinin sahibi kimi təqdim edən Araz Musayev adlı şəxs çəkilişə mane olmağa çalışıb.

Dünya və Avropa Çempionu, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından İcbari Sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi Araz Musayev çəkiliş qrupumunu hədələyib. Hətta o, Birinci Qarabağ müharibəsi qazilərini də həmin əraziyə gətirərək jurnalistləri hədələyib.

Daha ətraflı Baku TV-nin süjetində:




ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi