Şəhidlər Xiyabanında abadlıq işləri - VİDEO
Bir müddət öncə Gəncə şəhər Şəhidlər Xiyabanında uyuyan şəhidlərin üzərindən güllərin götürülməsindən sonra işə Şəhər İcra Hakimiyyəti qarışıb. Onlar tərəfindən Şəhidlər Xiyabanında geniş abadlıq işləri aparılıb.
Belə ki, şəhidlərin məzarlarının üstü götürülüb, məzarların üzərinə gül dəstələri düzülüb.
Ümumiyyətlə, xiyabanda şəhidlərimizin məzarlarına düzülən güllər gündəlik olaraq yenilənir.
Bundan əlavə, ərazi gün ərzində iki dəfə təmizlənir. Xiyabanda işıqlandırma sistemi yenilənib və müşahidə kameraları qoyulub.
Məlumat üçün bildirək ki, Gəncənin Şəhidlər Xiyabanı 4 saylı qəbristanlığın ərazisində yerləşir və ümumi sahəsi 36 sotdur. Bu müqəddəs məkanda torpaqlarımızın işğaldan azad olunması istiqamətində döyüşlərə qatılan 469 şəhidimiz uyuyur. Onlardan 377 nəfəri birinci Qarabağ savaşında, daha 92 nəfəri isə Vətən müharibəsi zamanı canlarından keçib.
Daha ətraflı Baku TV-nin süjetində:
ölkəpress.com