olkepress.com
olkepress.com

İstanbulda aztəminatlı azərbaycanlı ailələrə yardım edildi - VİDEO

19-03-2021, 16:59

İstanbulda aztəminatlı azərbaycanlı ailələrə yardım edildi - VİDEOİstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib.

“Haber Global”ın hazırladığı süjetdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pandemiya ilə əlaqədar maddi sıxıntı keçirən ailələrə yardım məqsədi ilə iş adamlarına etdiyi çağırış xatırlanıb.

Süjetdə qeyd olunur ki, İstanbul şəhərində yaşayan və COVID-19 pandemiyası dövründə maddi çətinlik yaşayan azərbaycanlılara hər iki aydan bir dəfə ərzaq yardımı edilir.

Soydaşlarımız bu il də Novruz bayramı ərəfəsində diqqətdən kənarda qalmayıblar.

Onlara müxtəlif qida məhsullarından ibarət bağlamalar hədiyyə olunub.

Aztəminatlı azərbaycanlı ailələrə yardım kampaniyasını iş adamı Anar Əlizadə həyata keçirir.

Bu günə qədər 20 min ailəyə yardım verilib.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi