olkepress.com
olkepress.com

Bakıda gənclərin məşhur restoranda əyləncə görüntüləri yayıldı - VİDEO

9-02-2021, 14:58

Bakıda gənclərin məşhur restoranda əyləncə görüntüləri yayıldı - VİDEOBakıda restoranların birində karantin qaydaları pozulub və məclis təşkil edilib.

Oxu.az-a istinadən xəbər veririk ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Məclisin keçirilməsinə səbəb karantin rejiminin yumşaldılmasını qeyd etmək olub. İddia olunur ki, məclis “Soel” parfum şirkəti tərəfindən “Muğam Ocağı” restoranında təşkil edilib.

Məsələ barədə məlumat almaq üçün şirkətlə əlaqə saxladıq. Şirkətdən bildirilib ki, onlar karantin qaydalarının bitməsi ilə bağlı heç bir məclis təşkil etməyib:

“Sadəcə olaraq bizim işçilər uzun müddətdir ki, görüşməyiblər və işdən sonra bir yerə yığışıblar. Bunun şirkətə və rəsmilərinə heç bir aidiyyəti yoxdur. İddia edilir ki, məclis pandemiyanın bitməsi ilə bağlı təşkil edilib. Bu, düzgün deyil. Ölkədə karantin rejimi davam edir. Biz iş saatından sonra işçilərimizə harasa getməyi qadağan edə bilmərik”.

Qeyd edək ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi