olkepress.com
olkepress.com

Göygöldə şikayətə BİGANƏLİK - VİDEOLAR

8-02-2021, 18:42

Göygöldə şikayətə BİGANƏLİK - VİDEOLARGöygöl rayonunun icra başçısı vəzifəsini müvəqqəti icra edən Turani Əliyev Dozular-Pənahlılar-Çaylı kəndlərindən baş qaldıran suvarma probleminin araşdırılmasına qeyri-ciddi yanaşaraq əraziyə İHB-nin ümumi şöbəsinin müdiri Ariz Eyvazovu göndərib.

İHB başbilənləri Pənahlılar kəndinin kütləvi şikayətlərinə həssas yanaşmaq əvəzinə, ağzı maskasız və mövzudan anlaqsız şəkildə şikayətçilərin hüzurunda saatlarla boşuna vaxt keçirə bilən qabiliyyətsiz birini irəli verib. Təbii ki, bu da Pənahlılar kəndinin sakinlərində növbəti ikrah hissləri oyadıb.
"Demokratik.Az"-ın məlumatına görə, 03 fevralda Pənahlılara gedib yalnız sual verməklə dar səlahiyyətlərini nümayiş etdirən İHB rəsmisi karantin qaydalarını belə yaddan çıxararaq tamamilə maskasız və sosial məsafəsiz kütlənin içində gərdiş edib. Ara-sıra telefonla kiməsə zəng edərək qısa raportlarla işini yekunlaşdıran "baş kargüzar" sonda iki kəndin camaatını tərk edərək rayona geri qayıdıb.

"Demokratik.Az"-ın əldə etdiyi videomateriallardan o da aydın olur ki, Göygöl Suvarma Sistemləri idarəsinin yarıtmaz rəisi İlqar Məhərrəmov da adıçəkilən məmurun yanında olub. SSİ rəisi öz növbəsində İHB-nin məmurunun məlumatsızlığından və mövzu ətrafındakı savadsızlığından istifadə edərək şikayətə qarşı nağıllar danışıb, özünü haqlı çıxarmağa çalışıb.
Uzun sürən dialoqlardan başa düşülür ki, İHB rəsmisi şikayətçiləri sadəcə olaraq yola vermək üçün, yalnız formallıq üçün göndərilib.
"Təsəvvür edirsinizmi, bizim şikayətlərimizi araşdırmağa dəftərxana müdirini göndəriblər. Belə saymazyanalıq olmaz axı. Bizim icra başçısı özü durub gəlməkdənsə, məsələni köklü araşdırıb bir çarə qılmaqdansa kəndimizə bir keçəl göndərir. Keçəl məmur da İlqardan soruşmadı ki, camaatın pay torpaqlarını nə üçün özbaşına qazdırmısan, əkin sahələrini niyə belə yararsız hala salmısan? Belə müsibət olar, yuxarıda oturanlar hara baxır görəsən? İki kəndi qarşı-qarşıya qoyublar" - deyə kənd sakinlərinin bir neçəsi saytımıza növbəti müraciətlərində bildirib.
Diqqətçəkən məqam doğrudan da odur ki, məlum şikayətin araşdırılmasında Göygöl İHB-nin aidiyyatı rəhbər şəxsləri iştirak etməyib.
Hələlik, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, Hüquq şöbəsi, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi kütləvi şikayətlərin araşdırılmasından kənarda saxlanılıb. Eləcə də ştat üzrə əslində başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri kimi maaş alan Turani Əliyevin özü də qalmaqalı kənardan tamaşaçı kimi izləyir.
Xatırlatmaq yerinə düşər ki, ölkə başçısı, prezident cənab İlham Əliyevin 2012-ci ildə təsdiq etdiyi "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin müvafiq tələbinə əsasən, yerli İHB;
- müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin edir. İHB yerli qurumlarla və bələdiyyələrlə qarşılıqlı fəaliyyətini təmin edir. Xüsusilə də, əsasnaməyə görə, (3.2.) Ərazinin sosial-iqtisadi inkişafı sahəsində:
3.2.1. mərkəzi icra hakimiyyəti orqanlarının, dövlətə məxsus müəssisələrin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin müvafiq ərazidə fəaliyyət göstərən yerli qurumları ilə, habelə bələdiyyələr və digər təşkilatlarla birlikdə şəhərin, rayonun, şəhər rayonunun sosial-iqtisadi vəziyyətini təhlil edir, inkişaf meyillərinin müəyyənləşdirilməsi, sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması, əhalinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsi işini təşkil edir, ərazinin sosial-iqtisadi inkişafına dair təkliflər hazırlayır və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edir;
3.2.2. regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqram və konsepsiyalarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının iqtisadi və sosial proqramlarının hazırlanmasına dair təkliflər verir, müvafiq ərazidə onların həyata keçirilməsini təmin edir, icrası barədə Azərbaycan Respublikasının Prezidentinə zəruri məlumat verir və illik hesabatlar təqdim edir;
3.2.3. müvafiq ərazinin sosial-iqtisadi inkişafına dair göstəriciləri əks etdirən məlumat bazasının formalaşmasını və yeniləşdirilməsini təmin edir;
Bütün bunlar isə deyir ki, Göygöl İHB sözügedən kəndin şikayətini, ondan irəli gələn halları daha dərindən və məntiqi hesabatlarla araşdırmalı, Göygöl SSİ-nin Çaylı-Pənahlılar-Dozular üzrə fəaliyyətinə qiymət verməlidir. Yoxsa, əraziyə maskasız bir keçəlini göndərib səlahiyyətlərini kiçiltməməlidir. Kəndlərin sakinlərinin üz-üzə gətirilməsinin qarşısını almalı, məlum səbəblərə görə də SSİrəhbərliyi hüquq- mühafizə orqanları qarşısında cavab verməlidir.
Göygöl İHB təhlil hesabatı hazırlamalıdır ki, Pənahlılar kəndinin su problemi niyə birdən-birə ortaya çıxıb, meliorativ tədbir adı altında Çaylı kəndində 2018-ci ildə "quraşdırılan" nasaz su nasos stansiyası niyə işləmir?
Araşdırılmalıdır - Vətəndaşların icazəsi olmadan Göygöl SSİ- nin pay torpaqlarında hansısa qazıntı işləri aparılması hansı məntiqə və İHB-nin təsdiqlədiyi hansı iqtisadi-sosial layihələrə əsaslanıb? Niyə hazırki işləri podratçı şirkətlər yox, elə İlqar Məhərrəmovun öz işçiləri həyata keçirir?
Əslində hesab etmək olar ki, Göygöl icra hakimiyyətinin əlində real aqrar proqnozların və planlaşdırmanın olmaması, deyilən özbaşına meliorasiya qurumuna inzibati nəzarətin düzgün həyata keçirilməməsi arzuolunmaz anoloji problemlərin varlığına meydan açır.
Yaxşı olardı ki, Göygöl icra hakimiyyəti şikayəti araşdırarkən o kəndlərə aqrar sahə üzrə savadsız bir kargüzarı deyil, aidiyyatı komanda üzvlərini göndərsin! Turani Əliyevin özü də getsəydi daha doğru olardı. Yoxsa sual edək! - axı, başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri kimi Turani Əliyevin varlığı Göygöldə kimə və nəyə lazımdır?





ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi