olkepress.com
olkepress.com

Erməni əsirliyindən azad edilmiş Bayram Kərimovdan AÇIQLAMA - VİDEO

30-12-2020, 18:47

Erməni əsirliyindən azad edilmiş Bayram Kərimovdan AÇIQLAMA - VİDEODekabrın 14-də Ermənistanın əsirliyindən azad edilmiş Bayram Kərimov bu gün müalicə aldığı xəstəxanadan evə buraxılıb.

O, azad olunması, vətənimizə, ailəsinə qovuşması ilə bağlı duyğularını bölüşüb:

“Cənab Prezidentimə, Mehriban xanıma təşəkkür edirəm. Onların sayəsində torpağımdayam, vətənimdəyəm. Bu gün ailəmlə görüşəcəyəm. Evimə-eşiyimə gedirəm.

Azərbaycan ordusunun bayramını təbrik edirəm. Allah hamısını qorusun. Şəhidlərimizin qarşısında baş əyirəm. Allah hamısına rəhmət eləsin”.

Xatırladaq ki, dekabrın 14-də Emin Baxşəliyev, Amin Musayev, Yəhya Abdinov, Şərif Əliyev, Ömər Ələkbərov, Nurəddin Yolçuyev, Bayram Kərimov, Şahbaz Quliyev, Dilqəm Əsgərov, Mobil Əhmədzadə, Nurlan Əlizadə, Anar Əliyev erməni əsir və girovluğundan azad edilərək, Azərbaycana gətirilib. Onlar iki həftəlik karantin rejimində saxlanılırdı.

ölkəpress.com




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi