olkepress.com
olkepress.com

Gəncədə kəlbəcərlilərin zəfər sevinci - FOTO - VİDEO

25-11-2020, 15:53

Gəncədə kəlbəcərlilərin zəfər sevinci - FOTO - VİDEO
Gəncə şəhərində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə bayram şənliyi keçirilib.

Baku TV xəbər verir ki, tədbirdən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Türkiyənin Gəncədəki konsulu Zeki Öztürk və qonaqlar Ulu öndər Heydər Əliyevin abidəsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri düzüblər.

Gəncədə Kəlbəcər rayonundan olan məcburi köçkünlər rayonun işğaldan azad edilməsi xəbərini rəqslərlə, əylənərək qeyd ediblər.

Bayram şənliyi Kəlbəcər rayonundan olan soydaşlarımızın məcburi köçkünlər üçün salınan müvəqqəti yaşayış qəsəbəsində keçirilib. Uşaqdan böyüyə hər kəs Kəlbəcərdən gələn xoş xəbərin coşqusunu yaşayıb.

Bildirək ki, Gəncə şəhəri kəlbəcərli məcburi köçkünlərin ən sıx yerləşdiyi şəhərlərdən biridir. Ölkənin ikinci böyük şəhərində 15 minə yaxın Kəlbəcər rayonundan olan məcburi köçkün yaşayır.

ölkəpress.com



Gəncədə kəlbəcərlilərin zəfər sevinci - FOTO - VİDEO


Gəncədə kəlbəcərlilərin zəfər sevinci - FOTO - VİDEO



Gəncədə kəlbəcərlilərin zəfər sevinci - FOTO - VİDEO





XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi