olkepress.com
olkepress.com

Qələbə gününün ilk şəfəqlərində Şəhidlər xiyabanı... - VİDEO

10-11-2020, 11:53

Qələbə gününün ilk şəfəqlərində Şəhidlər xiyabanı... - VİDEOAzərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gecə şanlı qələbəmizi və Ermənistanın kapitulyasiyasını elan etdikdən sonra paytaxtımızın minlərlə sakini ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışıb.

Səhər saatlarında izdihama bölgələrdən gələn insanlar da qoşulub.

Müzəffər Ali Baş Komandanın portretlərini başları üzərinə qaldıran və üçrəngli bayrağımızı dalğalandıran yürüş iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Yaşasın Ali Baş Komandan” kimi şüarlar səsləndiriblər.

Baku TV xalqımızın müqəddəs bildiyi Şəhidlər xiyabanında olaraq, xalqımızın düşüncələrini öyrənib:

ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi