olkepress.com
olkepress.com

Zakir Həsənov Rusiya tərəfinə başsağlığı verdi - VİDEO

10-11-2020, 11:48

Zakir Həsənov Rusiya tərəfinə başsağlığı verdi - VİDEOAzərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında deyilir: “Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərin əvvəllər müşahidə olunmadığı Ermənistan-Azərbaycan dövlət sərhədinin bilavasitə yaxınlığında, sutkanın qaranlıq vaxtı, aşağı hündürlükdə, hava hücumundan müdafiə radarlarının müşahidə zonasından kənar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv döyüş toqquşmasının davam etdiyi bir vaxtda uçuş həyata keçirən Mi-24 helikopteri ilə baş vermiş faciəvi hadisə məni dərindən kədərləndirdi.

Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Rusiya tərəfinə üzrxahlıq bildiririk.

Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olan ekipaj üzvlərinin ailələrinə, əzizlərinə və yaxınlarına başsağlığı bildirir və xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.

Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi