olkepress.com
olkepress.com

“Bir ölüb, min dirilirik”: Hərbçimizin Mübarizi dünyaya gəldi - VİDEO

3-11-2020, 11:46

“Bir ölüb, min dirilirik”: Hərbçimizin Mübarizi dünyaya gəldi - VİDEOTorpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşən hərbçilərimizdən birinin düşmən üzərində qələbə sevincinə daha bir sevinc qatılıb. Hərbçimiz ata olduğu barədə xəbər alıb.

Baku TV xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşüb qazi olan, yenidən könüllü döyüşlərə qatılan Qusar rayon sakini Xəyal Məmmədovun üçüncü övladı dünyaya gəlib.

Hərbçimiz özü Qusar rayon sakini olsa da, övladının Tovuzda dünyaya göz açmasını istəyib.

Əsgərimiz dünyaya göz açan övladına Milli Qəhrəman Mübariz İbrahimovun adını verib, onun da Mübariz kimi hərbçi olacağını deyib.

Xəyal Məmmədovun atasının sözlərinə görə, oğlu vətən uğrunda gedən Aprel döyüşlərində qəhrəmanlıqlar göstərib. Hazırda vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canı-qanı ilə döyüşür.

“Qarabağa gedən yol 12 iyul Tovuz döyüşləri ilə başladı”, - deyən qəhrəman hərbçimiz buna görə də istəyib ki, Mübariz Tovuzda dünyaya gəlsin.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi