olkepress.com
olkepress.com

Vətəndaşlar cəbhəyə getmək üçün axın edir – VİDEO

22-09-2020, 19:05

Vətəndaşlar cəbhəyə getmək üçün axın edir – VİDEOSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması qurumun yerli rayon idarələrinin qarşısında izdihama səbəb olub

Ölkəpress.com Xezerxeber.az-a istinadla xəbər verir ki, insanlar cəbhəyə gedərək döyüşmək və torpaqlarımızın azad olunmasında iştirak etmək istədiklərini bildiriblər.

Müxtəlif yaşda olan insanlar torpaqlarımızın işğaldan azad olunması üçün döyüşə hazır olduqlarını bəyan ediblər.

Bu arada, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vəzifəlilərin təlimlərə çağırılmasının sosial şəbəkələrdə səfərbərliyin başlanması kimi xarakterizə olunmasına da münasibət bildirib.

Qurumdan bildirib ki, hərbi vəzifəlilər qanuna uyğun olaraq müəyyən müddətdən bir hərbi yoxlama, təlim və xüsusi toplanışlara cəlb olunurlar. Hazırda həyata keçirilən proses də bunun bir hissəsidir və çağırılan şəxsi heyət öz ixtisaslarına uyğun təlimlərə cəlb olunacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi