olkepress.com
olkepress.com

Yataqxananı yandırıb, özünü pəncərədən atmaq istədi - VİDEO

7-09-2020, 19:05

Yataqxananı yandırıb, özünü pəncərədən atmaq istədi - VİDEOKəlbəcər rayonundan olan məcburi köçkün yaşadığı evdə intihara cəhd edib.

Baku.ws-in verdiyi məlumata görə, hadisə Gəncə şəhərinin Gülüstan qəsəbəsində Kəlbəcər rayonundan olan bir qrup məcburi köçkün ailəsinin yerləşdiyi yataqxanada baş verib.

Ruslan Orucov adlı şəxs əvvəlcə yaşadığı evi yandırmağa cəhd göstərib. Bu cəhdin qarşısı alındıqda iki mərtəbəli binanın pəncərəsinə çıxaraq özünü atmaq istəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici dəstələri cəlb olunub.

Keçirilən tədbirlərlə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri intihara cəhdin qarşısını alaraq, Ruslan Orucovu son anda xilas edə biliblər.

İlkin məlumata görə, intihara cəhd etmək istəyən şəxsin psixi problemləri var.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi