olkepress.com
olkepress.com

Azərbaycanda karantinə alınan yüksək vəzifəli gömrük əməkdaşları danışdı - VİDEO

3-03-2020, 20:54

Azərbaycanda karantinə alınan yüksək vəzifəli gömrük əməkdaşları danışdı - VİDEOKarantinə alınmış xəstəxanadan görüntülər yayımlanıb.

Yeniavaz.com xəbər verir ki, REAL TV əməkdaşı koronavirus şübhəsi ilə karantinə götürülən şəxslərlə söhbət edib.
Bununla yanaşı, xəstəxananın baş direktoru Emin Hüseyn son məlumatları açıqlayıb.
O bildirib ki, müşahidə altında saxlanılan xarici vətəndaşların əksəriyyəti İran vətəndaşlarıdır. Azərbaycan vətəndaşları isə əsasən Qumda təhsil alan tələbələrdir. Onlar Qum şəhərində epidemiya ocağı olan ərazidən Azərbaycana qayıdıb.
Pasiyentlərdən analizlər götürülüb və laboratoriyada yoxlanılıb. Həmin şəxslərdə virus aşkarlanmayıb. Karantində olan şəxslər 14 gün müddətində müşahidə altında saxlanılacaqlar.
Karantində saxlanılanlar arasında yüksək vəzifəli gömrük əməkdaşları da var. Onlar da səhhətləri ilə bağlı danışıb və özlərini yaxşı hiss etdiklərini söyləyiblər. Yaradılan şəraitdən razı qalan gömrük əməkdaşları həkimlərin yüksək səviyyədə xidmət etdiklərini bildiriblər.

Ölkəpress.com








XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi