olkepress.com
olkepress.com

Azərbaycanın amfibiya tipli təyyarəsi Türkiyədə meşə yanğınlarının söndürülməsinə başladı - VİDEO

24-06-2022, 10:57

Azərbaycanın amfibiya tipli təyyarəsi Türkiyədə meşə yanğınlarının söndürülməsinə başladı - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunan Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyənin Muğla bölgəsində meşə yanğınlarının söndürülməsi əməliyyatlarına başlayır.

Qeyd edək ki, Türkiyənin Muğla bölgəsində davam edən meşə yanğınları üç min hektardan çox ərazini əhatə edib.

Son məlumatlara görə, yanğınla mübarizəyə iki mindən çox yanğınsöndürən, təyyarə və helikopterlər də daxil olmaqla 41 aviasiya vasitəsi cəlb edilib.

Bu gün səhər saatlarından etibarən isə yanğınla mübarizə üçün qardaş Türkiyə göndərilən “BE-200ÇS” amfibiya tipli təyyarə də alovla mübarizəyə cəlb edilib.



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi