olkepress.com
olkepress.com

5 evdən məişət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıb - VIDEO

14-04-2022, 14:03

5 evdən məişət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıb - VIDEO

Abşeron rayonunda 5 evdən 20 min manatlıq məişət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıblar.

Daxili İşlə Nazirliyinin mətbuat xidmətindən Ōlkəpress.com-a verilən məlumata görə, Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək evdə olmadığı müddətdə mənzildən 1800 manat dəyərində televizor, həmçinin kombi apartının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə müraciət edən həmin ərazidə yaşayan daha 5 sakinin ərizəsi Polis İdarəsində qeydiyyata alınıb. Onlar da evlərindən məişət və digər əşyaların oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən edilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Musayev, Vüsal Veysəlov və Zakir Əzizov saxlanılıblar. Onlar izahatlarında etdikləri oğurluqları etiraf ediblər. Araşdırmalar zamanı dəstə üzvlərinin mənzil sahiblərinə 20 min manata yaxın maddi ziyan vurduqları müəyyən edilib. Saxlanılan şəxslər evlərdən oğurladıqları əşyaların bir qismini satıb əldə etdikləri pulu aralarında bölüblər.

Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində istintaq tədbirləri davam etdirilir. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi