olkepress.com
olkepress.com

Jirinovski "ölüb" dedi, Nazarbayev xalqa müraciət etdi - VİDEO

18-01-2022, 15:49

Jirinovski "ölüb" dedi, Nazarbayev xalqa müraciət etdi - VİDEO

Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev uzun fasilədən sonra ilk dəfə ekran qarşısına çıxıb.

Ölkəpress.com xəbər verir ki, keçmiş dövlət başçısı rəsmi yutub kanalında videomüraciət yayımlayıb.

“2019-cu ildə mən prezident səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil verdim, o vaxtdan təqaüdçüyəm. Hazırda Qazaxıstanın paytaxtında istirahət edirəm və heç bir yerə getməmişəm. Prezident Kasım-Jomart Tokayev tam səlahiyyətə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə Prezident Nur Otan Partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır”, - Nursultan Nazarbayev vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Jirinovski Nazarbayevin öldüyü ilə bağlı məlumat yaymışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi