olkepress.com
olkepress.com

Bakıda 11 evdən su sayğacı oğurlayan şəxs saxlanıldı - VİDEO

19-11-2021, 16:24

Bakıda 11 evdən su sayğacı oğurlayan şəxs saxlanıldı - VİDEO

Binəqədi qəsəbəsində 11 evdən su sayğacı oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Ölkəpress.com-a verilən məlumata görə, Binəqədi rayonunda müxtəlif ünvanlarda “Azərsu” ASC tərəfindən quraşdırılan 11 ədəd su sayğacını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binəqədi qəsəbəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Teymur Allahverdiyev tutularaq istintaqa təqdim edilib. Həmin şəxs ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Teymur Allahverdiyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin rəsmi sosial şəbəkə hesablarına məlumat verə bilərlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi