olkepress.com
olkepress.com

Azərbaycan filmindəki bu səhnə dünya TRENDİNƏ ÇEVRİLDİ - VİDEO

27-07-2021, 15:31

Azərbaycan filmindəki bu səhnə dünya TRENDİNƏ ÇEVRİLDİ - VİDEO

İlk dəfə 2017-ci ildə ekranlara gələn “Kəklikotu” filminin səhnələrindən biri trendə çevrilib.

Ölkəpress.com xəbər verir ki, ekran işinin gülməli səhnələrindən birində filmin aktyoru Əlixan Rəcəbov “Çelovek pauk gəldi” ifadəsini səsləndirərək əlindəki silahla müəyyən hərəkətlər edir.
Videoblogerin bu sözləri deyərkən etdiyi qəribə hərəkəti trendə çevrilib. Xarici “Tik-tok” istifadəçiləri və blogerlər aktyoru parodiya edərək yerli mahnının sədaları altında video lentə alıblar.

Sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub. Video böyük izləyici kütləsi olan səhifələrdə paylaşılaraq trendə çevrilib.

Qeyd edək ki, komediya və macəra janrında lentə alınan “Kəklikotu” tammetrajlı bədii filminin rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadədir.

Ekran işində rolları Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Əlixan Rəcəbov kimi aktyorlar, Aqil M.Quliyev və Nigar Camal kimi tanınmışlar canlandırıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi