olkepress.com
olkepress.com

Keçmiş məhkumun həyətindən çətənə kolları AŞKARLANDI - VİDEO

26-07-2021, 11:31

Keçmiş məhkumun həyətindən çətənə kolları AŞKARLANDI - VİDEO

Hökməli qəsəbəsində çətənə kolları yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ölkəpress.com-a Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Belə ki, Polis Bölməsinə əvvəllər məhkum olunmuş Pirəli İmamcanovun Hökməli qəsəbəsində yaşadığı evin həyətində çətənə bitkilərini əkib-becərdiyi, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal polislər tərəfindən həmin ünvana baxış keçirilib. Baxış zamanı Pirəli İmamcanovun həyətində xüsusi qulluq edərək yetişdirdiyi ümumi çəkisi 28 kiloqram olan 39 ədəd çətənə bitkisi, 200 qram marixuana aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiyini və inkişafı üçün xüsusi qulluq etdiyini bildirib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- və istintaq tədbirləri davam etdirilir.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi