olkepress.com
olkepress.com

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - VİDEO

26-07-2021, 10:23

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib.

Ölkəpress.com Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır.

Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərclə müayisədə qazanc aşağı olur

1 hektarlıq sahədən ümumilikdə 50 ton məhsul götürülməsi nəzərdə tutulub. Yığım hələ 1 ay davam edəcək. Fermerlər bundan sonraki müddətdə qiymətlərin bir qədər qalxmasına ümid edirlər…

Paytaxt bazarlarında isə sahələrdə 20 qəpiyə belə alınmayan pomidor bundan 4 dəfə baha, yəni 60-80 qəpik arasında qiymətə təklif edilir.

Alıcılar isə bu mövsüm üçün qiymətlərin baha olmasından gileylənirlər.

Satıcılar yaxın günlərdə pomidorun qiymətinin enməsini gözlədiklərini bildiriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi