Rusiyanın Müdafiə Nazirliyi Qara dənizdə ölkə sərhədlərini pozduğunu iddia etdiyi Böyük Britaniyaya məxsus “Defender” hərbi gəmisinə aid görüntüləri yayıb.Ölkəpress.com xəbər verir ki, görüntülərdə krallığa məxsus gəmi və Rusiya qırıcısı müşahidə edilir. Lakin görüntülərdə qırıcının gəmiyə xəbərdarlıq atəşi açdığına dair kadrlar yoxdur.
Qeyd edək ki, ötən gün Rusiyanın Müdafiə Nazirliyi krallığa məxsus gəminin ölkə sərhədlərini 3 kilometr pozduğunu və gəmiyə 4 dəfə xəbərdarlıq atəşi açıldığını açıqlamışdı. İddialara görə, rus qırıcısı gəminin hərəkət istiqamətində 4 bomba atıb. Lakin Böyük Britaniya gəmiyə atəş açıldığına dair iddiaları rədd edib. Bildirilib ki, hərbi gəmi beynəlxalq qanunlara uyğun olaraq Ukrayna sularına daxil olub.
Bəzi hərbi ekspertlər iddia edir ki, gəmiyə həqiqətən atəş açılmayıb. Lakin bəziləri də Rusiyanın həmin görüntüləri bilərəkdən hələlik yayımlanmadığını irəli sürür.