olkepress.com
olkepress.com

Baydenin oğlu narkotikdən istifadə etdiyini bildirib

29-05-2021, 10:16

Baydenin oğlu narkotikdən istifadə etdiyini bildirib


ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden dostu ilə telefon danışığı zamanı Vaşinqton şəhərinin keçmiş meri Merion Berri ilə birlikdə narkotikdən istifadə etdiyini etiraf edib.

Bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşrin yaydığı audioyazıda Hanter bildirir ki, Corctaun Universitetinin ikinci kursunda oxuyan zaman Merion Berri ilə krek çəkib.

“Daily Mail” audioyazının 2019-cu ildə prezident oğlunun notbukundan götürüldüyünü bildirib.

Qeyd edək ki, 51 yaşlı Hanter Bayden “Gözəl işlər” (Beautiful Things) adlı xatirə kitabında narkotik maddələrlə bağlı problemlər yaşadığını qeyd edib. O, hələ yeniyetmə olarkən, kokain saxladığına görə həbs olunub və bundan sonra narkotiklərdən uzaq durduğunu bildirib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi