olkepress.com
olkepress.com

Honqkonqda insanların vaksin vurdurmaması səbəbindən iki milyon doza peyvənd atılacaq

27-05-2021, 11:26

Honqkonqda insanların vaksin vurdurmaması səbəbindən iki milyon doza peyvənd atılacaq


Çinin Honqkonq Xüsusi İdarə Bölgəsində istifadə olunmayan bir çox yeni koronavirus peyvəndi atılmalı olacaq.

BBC-nin xəbərinə görə, əhalisi üçün kifayət qədər dozaya sahib olan Honqkonq Xüsusi İdarə Bölgəsində insanların vaksin vurdurmaq istəməməsi səbəbindən ümumi əhalinin 20 faizdən azı peyvəndlənib.

Səlahiyyətlilər xəbərdarlıq ediblər ki, 2 milyona yaxın doza “Pfizer-BioNTech” peyvəndin son istifadə müddəti 3 ay ərzində bitəcək və bu müddətin sonunda istifadəyə yararsız hala gələn çox miqdarda peyvəndin atılması lazım gələcək.

Honqkonq səhiyyə sektoru işçilərinin yalnız üçdə biri vaksin vurdurub.

Bölgədə peyvənd nisbətlərinin arzuolunan səviyyəsinə çatmamasının səbəbləri kimi yoluxma nisbətinin aşağı olması və vətəndaşların hökumətə olan inamsızlığı göstərilib.

Digər tərəfdən, bəzi yerli siyasətçilər vaxtı bitmək üzrə olan peyvəndlərin, peyvənd nisbətlərində bir artım əldə edilə bilmədiyi təqdirdə ehtiyacı olan ölkələrə ixrac olunmasını təklif ediblər.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi