olkepress.com
olkepress.com

“Caliber”: “Türkiyə və Özbəkistan Silahlı Qüvvələrinin birgə təlimləri – Gələcəyə qayıdış” - VİDEO

25-03-2021, 11:56

“Caliber”: “Türkiyə və Özbəkistan Silahlı Qüvvələrinin birgə təlimləri – Gələcəyə qayıdış” - VİDEOMartın 22-də Özbəkistanın Termiz poliqonunda Türkiyə-Özbəkistan birgə hərbi təlimləri start götürüb.

Bu barədə “Caliber” layihəsinin “Youtube” hesabında yayımlanan “Türkiyə və Özbəkistan Silahlı Qüvvələrinin birgə təlimləri – Gələcəyə qayıdış” adlı təhlilində qeyd olunub.

Təlimlər hər iki ölkənin Müdafiə Nazirliklərinin ikitərəfli hərbi əməkdaşlıq planına uyğun keçirilir və martın 27-dək davam edəcək. İki ölkənin silahlı qüvvələri təlimlər çərçivəsində yaxın döyüş, çətin şəraitdə sağ qalma və digər elementləri məşq ediblər.

Təhlildə Türkiyənin türkdilli dövlətlərlə hərbi sahədə əməkdaşlığı genişləndirməsi, Azərbaycanın da dəstəyi ilə Türk Şurası çərçivəsində atılan mühüm addımlardan bəhs olunub, Özbəkistanın Türkiyənin hərbi sahədəki təcrübəsini öyrənməkdə maraqlı olması və s. ətraflı şərh olunub.




ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi