olkepress.com
olkepress.com

“YouTube” bloqerləri vergi ödəyəcəklər

12-03-2021, 11:40

“YouTube” bloqerləri vergi ödəyəcəklərABŞ-ın “Google” şirkəti “YouTube” videoplatformasından istifadə edən bloqerlərin vergiyə cəlb olunacağını bildirib.

Müvafiq məlumat şirkətin rəsmi saytında dərc olunub.

Məlumata əsasən, “YouTube” istifadəçiləri öz videolarının ABŞ sakinləri tərəfindən izlənilməsi və bunun müqabilində əldə etdikləri gəlirlərdən vergi ödəyəcəklər.

Verginin cari ilin iyun ayından etibarən tətbiq olunacağı bildirilir.

“Google” şirkətindən verilən məlumata görə, videoplatformanın gəlir qazanan bütün istifadəçiləri mayın 31-dən gec olmayaraq “AdSense”dəki vergi məlumatlarını doldurmalıdırlar.

Əks halda, onların təkcə ABŞ yox, bütün ölkələr üzrə əldə etdikləri gəlirlərdən 24% vergi tutulmağa başlanılacaq.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi