olkepress.com
olkepress.com

ÜST-dən COVID-19-a qarşı Hidroksixloroxin istifadə etməməklə bağlı tövsiyə

3-03-2021, 16:06

ÜST-dən COVID-19-a qarşı Hidroksixloroxin istifadə etməməklə bağlı tövsiyəHidroksixloroxin (HXX) COVID-19-a qarşı profilaktik tədbir kimi istifadə edilməməlidir.

Bu tövsiyə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tərəfindən verilib.

“İltihab əleyhinə Hidroksixloroxin dərmanı COVID-19 olmayan insanlarda infeksiyanın qarşısını almaq üçün istifadə edilməməlidir”, - deyə ÜST-ün təlimatları hazırlayan beynəlxalq ekspert qrupu bildirib.
Qeyd edilir ki, bu təcili tövsiyə 6 mindən çox insanın iştirak etdiyi altı nəzarətli araşdırmanın yüksək səviyyədə etibarlı məlumatlarına əsaslanır.

Əldə edilən dəlillərə görə, HXX “ölüm və xəstəxanaya yerləşdirmə nisbətlərinə əhəmiyyətli təsir göstərməyib”.

Eyni zamanda, mütəxəssislər hesab edir ki, bu dərman “laboratoriyada təsdiqlənmiş infeksiya hallarına əhəmiyyətli təsir göstərmir və zərərli nəticələr riskini artırır”.

Bu baxımdan ÜST-ün ekspert qrupu dərmanın “artıq tədqiqat üçün prioritet olmadığı və COVID-19-un qarşısını almaq üçün digər, daha perspektivli dərmanların qiymətləndirilməsi üçün resurslardan istifadə edilməsinin lazımlığı” qənaətinə gəlib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi