olkepress.com
olkepress.com

“Azİz” Assosiasiyası beynəlxalq ictimaiyyəti Xocalı soyqırımını tanımağa çağırıb

26-02-2021, 13:50

“Azİz” Assosiasiyası beynəlxalq ictimaiyyəti Xocalı soyqırımını tanımağa çağırıbİsraildə fəaliyyət göstərən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Xocalı soyqırımının 29-ci ildönümü ilə əlaqədar ölkənin dövlət qurumlarına və beynəlxalq təşkilatlara bəyanatla müraciət edib.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bəyanatda deyilir ki, beynəlxalq hüquq normalarını və konvensiyaları pozaraq Azərbaycanın Xocalı şəhərində soyqırımı törədənlərin indiyə qədər məsuliyyətə cəlb olunmaması anlaşılmazdır. Bildirilib ki, 1988-1994-cü illər ərzində Azərbaycan ərazilərinin işğalı zamanı Xocalıda və başqa rayonlarda cinayətlər törədən müqəssirlər indiyədək cəzasız qalıblar. Nəinki cəzasız qalıblar, beynəlxalq hüquqa və insan hüquqlarına zidd olaraq Ermənistanda təltif ediliblər.

Bəyanat müəllifləri beynəlxalq ictimaiyyəti susmamağa, Xocalı soyqırımının icraçılarını mühakimə etməyə, törətdikləri vəhşiliklərə görə məsuliyyətə cəlb etməyə və Xocalı soyqırımının tanınmasına dair rəsmi bəyanatla çıxış etməyə çağırıblar: "Belə dəhşətin bir daha təkrarlanmaması üçün tədbirlər görün!".

Qeyd edək ki, təsis olunduğu ilk ildən “Azİz” Assosiasiyası Xocalıda baş verən dəhşətli hadisələrə həsr olunmuş tədbirlər keçirir. Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində assosiasiya tərəfindən 2013-2020-ci illərdə həyata keçirilən tədbirlərdən ibarət videoçarx da hazırlanıb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi