olkepress.com
olkepress.com

Koronavirusdan sağalmış şəxslər vaksinin ikinci dozasını vurdurmalıdırmı?

22-02-2021, 17:49

Koronavirusdan sağalmış şəxslər vaksinin ikinci dozasını vurdurmalıdırmı?Koronavirusdan sağalmış şəxslərdə artıq birinci doza vaksindən sonra yetərli miqdarda anticisim formalaşır.

“The Wall Street Journal” məlumatına görə, bu faktdan sonra elm adamları qənaətə gəliblər ki, sözügedən şəxslərin ikinci dəfə COVID-19 peyvəndi vurdurmasına ehtiyac qalmır.

Tədqiqat Merilend Universitetin Tibbi məktəbində aparılıb.

Təcrübədə 59 səhiyyə işçisi iştirak edib.

Məlum olub ki, koronavirusdan sağalmış 42 səhiyyə işçisində artıq birinci doza vaksindən sonra kifayət qədər anticisim yaranıb və onların ikinci dəfə vaksinasiyadan keçməsinə ehtiyac qalmayıb.

19 nəfər infeksiyaya yoluxmamış səhiyyə işçisində isə daha zəif immun reaksiyasının yarandığı müşahidə edilib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi