olkepress.com
olkepress.com

Ərdoğan NATO zirvəsində “Avropa üçlüyü”ndən vəsait tələb edəcək

29-11-2019, 14:50

Ərdoğan NATO zirvəsində “Avropa üçlüyü”ndən vəsait tələb edəcəkTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya, Almaniya və Fransa ilə qaçqınların Suriyaya qaytarılması üçün Ankaraya vəsait ayrılması ilə bağlı danışıqlar aparmaq niyyətindədir.

TASS xəbər verir ki, danışıqların 3-4 dekabr tarixlərində Londonda keçiriləcək NATO Sammiti çərçivəsində baş tutması gözlənilir. Görüşlər zamanı Ərdoğan suriyalı qaçqınlarla bağlı Türkiyənin həyata keçirdiyi siyasətin maliyyələşdirilməsi üçün vəsait tələb edəcək. Çünki Türkiyə tərəfi suriyalı qaçqınları vətənlərinə qaytarmaq niyyətində olsa da, burada müvafiq infrastrukturun formalaşdırılması tələb olunur.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi