olkepress.com
olkepress.com

“Instagram” təhqirə yol verənlərin hesablarını siləcək

12-02-2021, 19:41

“Instagram” təhqirə yol verənlərin hesablarını siləcək“Instagram” sosial şəbəkəsinin rəhbərliyi şəxsi danışıqlarda nifrət zəminində mesajlar göndərən istifadəçilərin hesablarını bloklayacağını açıqlayıb.

“Meduza” xəbər verir ki, əvvəllər “Instagram” qaydalarına zidd mesajlar göndərilən zaman yalnız müvəqqəti olaraq şəxsi yazışmalar aparmaq qadağan olunurdu.

Sosial şəbəkə rəhbərliyi artıq mesaj göndərmə məhdudiyyətlərini keçən və yalnız təhqir göndərmək üçün yaradılan hesabları deaktiv edəcəyini bildirib.

Bundan əlavə, tezliklə bütün “Instagram” istifadəçiləri abunə olmadıqları hesablardan şəxsi mesajları bloklamaq imkanına sahib olacaqlar. Hal-hazırda bu imkan yalnız şirkət hesabları və çox sayda izləyicisi olan hesablar üçün keçərlidir.

ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi