olkepress.com
olkepress.com

Ərdoğan: “Ermənistan mənim dostuma, soydaşlarıma hücum edir”

23-01-2021, 17:37

Ərdoğan: “Ermənistan mənim dostuma, soydaşlarıma hücum edir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “İstanbul” freqatının açılış mərasimində çıxış edib. Dövlət başçısı nitqində II Qarabağ müharibəsinə də toxunub.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Prezident bildirib ki, ölkə pilotsuz uçuş aparatları istehsalında dünyada ilk yerlərdədir.

“İçimizdəki qafillərin qarayaxma kampaniyalarına baxmayaraq, silahlı-silahsız PUA-larımız bütün dünyada həsədlə izlənilir. 44 günlük Qarabağ zəfərində olduğu kimi, Türkiyə PUA-ları da qazandıqları uğurla döyüş üsullarını dəyişdirirlər”.

O, bu halın bəzi ölkələrlə münasibətlərdə problemlər yaratdığını vurğulayıb:

“Məsələn, guya biz dostuq. Biz “kamera” istəyirik, onlar vermirlər. Niyə? Deyirlər ki, sən niyə Ermənistanla döyüşürsən? Ermənistan mənim dostuma, soydaşlarıma hücum edir. Bacardığımız qədər dəstək verməliyik”, - deyə prezident vurğulayıb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi