olkepress.com
olkepress.com

Navalnı uğrunda Ümumrusiya aksiyaları başladı - VİDEO

23-01-2021, 17:30

Navalnı uğrunda Ümumrusiya aksiyaları başladı - VİDEOXabarovskda müxalif siyasətçinin müdafiəsi uğrunda Ümumrusiya aksiyası çərçivəsində Aleksey Navalnının həbsdən azad edilməsi tələb edilib.

Qaynarinfo xəbər verir ki, ötən yaydan bəri həbs olunan "xalq qubernatoru" Sergey Furqalın geri qaytarılması tələbi ilə etiraz aksiyaları keçirən Xabarovsk sakinləri ənənəvi olaraq Lenin meydanına toplaşaraq küçələrdə hərəkətə başlayıblar.

Navalnının komandasının verdiyi məlumata görə, etirazçılar "Rədd olsun çar!" deyə səsləniblər. Şüar, ehtimal ki, müxalifətçinin həbsindən sonra Navalnının YouTube kanalında yayımlanan Gələncik yaxınlığındakı lüks "Putin sarayı" adlı araşdırması ilə izah olunur. Bu vaxta qədər filmə 65 milyon baxış olub.

Artıq müəyyən qədər həbs olunanlar haqda məlumat var: "Tayga.Info" xəbər verir ki, etirazçılara qarşı OMON "işləyib". Çevik polislərin Navalnının müdafiəçilərinə dəyənəklərlə hücum etmələrinin video görüntüləri "Agit Rossiya” teleqram kanalı tərəfindən yayımlanıb. Həbs olunanların sayı barədə məlumatlar dəqiqləşdirilir, DVhab.ru-ya görə, hələlik azı 10 nəfər saxlanılan var.

Navalnının Xabarovsk qərargahından bildirilib ki, çevik qüvvət polisi tutulanlarla kobud davranır, onların ayaqlarına vurur, onlardan birinin vəziyyəti ağırdır. Znak.com-un məlumatına görə, aksiyanın ən pik vaxtı təxminən 1000 nəfər Navalnıya görə meydana çıxıb. Xabarovsk rəhbərliyi 250-dən çox etirazçı olmadığını bildirib.

Navalnını dəstəkləyən mitinqlər Komsomolsk-Amur, Çita, Maqadan, Yujno-Saxalinsk və Vladivostokda da keçirilib. Şəhərlərdən son ikisində də həbslər olub. Novosibirskdə isə təhlükəsizlik qüvvələri mərkəzi "çəpərləyiblər”.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi