olkepress.com
olkepress.com

Milyard avroluq oğurluğun videosu yayıldı - VİDEO

26-11-2019, 16:44

Milyard avroluq oğurluğun videosu yayıldı - VİDEOAvropanın ən böyük cavahirat kolleksiyasının yerləşdiyi Almaniyanın dövlət muzeyindən oğurluğun videosu yayılıb.

Ölkəpress.com xəbər verir ki, video Drezden polisi tərəfindən internetdə yayılıb. Onlar bu yolla oğrular haqqında məlumat əldə edə biləcəklərini düşünürlər. Oğrular Drezden Kral Sarayındakı Yaşıl Qübbəyə (Qreen Vault) noyabrın 25-də səhər giriblər. Soyğunçular özləriylə fənər və balta götürüblər. Onlar qaranlıq zalı cib fənərinin köməyi ilə işıqlandırıb vitrinin şüşəsinə bir neçə dəfə zərbə vururlar. Sonra isə çərçivəni tamamilə sökürlər.
Muzeydən verilən məlumata görə, onlar üç dəyərli brilliyant qarnitur və 100-ə yaxın zinət əşyası oğurlayıblar. Ümumilikdə vurulan zərər təxminən bir milyard avrodur. Oğrular hadisə yerindən qaçıb. Hazırda işin araşdırılması üçün Drezden şəhərində xüsusi komissiya işləyir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi