Yaponiyada ağır vəziyyətdə olan COVID-19 xəstələrinin sayında rekord qeydə alındı
Yaponiyada koronavirus xəstələri arasında vəziyyəti ağır və kritik olan xəstələrin sayı pandemiyanın əvvəlindən bu yana ən yüksək həddə - 462 nəfərə çatıb.
Bu barədə NHK telekanalı məlumat yayıb.
Sutka ərzində ölkədə 2058 yeni yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb. Ümumi yoluxma sayı isə 148272-ə çatıb.
Ən çox yoluxma Tokio ərazisində qeydə alınıb. Bundan əlavə, Osaka, Hokkaydo, Kanaqava, Aiti, Hyoqo və Saitama prefekturalarında yoluxma sayında ciddi artım olub.
ölkəpress.com
« Temmuz 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |