olkepress.com
olkepress.com

Paşinyanın arvadı oğurluqda ittiham edilir - VİDEO

27-11-2020, 18:34

 Paşinyanın arvadı oğurluqda ittiham edilir - VİDEOErmənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın saç ustası Sofya Xudoyan ona qarşı sərt ittihamlar səsləndirib.

Baku TV xəbər verir ki, ittihamçı Akopyandan zinət əşyalarını qaytarmağı və sifariş etdiyi geyimlərin pulunu verməyi tələb edib.

Sofya Xudoyan bildirib ki, sosial şəbəkələrdə bununla bağlı paylaşımları Anna Akopyan tərəfindən sildirilir.

“Silmə, sən oyanana qədər mən dəfələrlə yazacam, Anna. Əgər şərəfin varsa, zəng edin, zinət əşyalarımı qaytarın, sifariş etdiyin geyimlərin pulunu verin. Bu, utancvericidir. Silməyin”.

Saç ustası yazıb ki, Annanın bu çirkin hərəkəti böyük səs-küyə səbəb olub. Lakin onun yazdığı statuslar hər dəfə olduğu kimi, yenə də silinəcək.

ölkəpress.com







XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi