olkepress.com
olkepress.com

Rusiyalı alimlər 3D printerdə geyim hazırlamağı öyrəniblər

26-11-2020, 13:03

Rusiyalı alimlər 3D printerdə geyim hazırlamağı öyrəniblərKosıqin adına Rusiya Dövlət Universitetinin Mühəndislik Mərkəzinin mütəxəssisləri 3D printerdə termoplastik poliuretandan ilk geyim materialları yaradıblar.

Bu barədə “Zvezda” xəbər yayıb.

Nümunələrin dekabr ayında “Vuzpromekspo-2020” sərgisində təqdim olunması planlaşdırılır.

Yeni çap texnologiyasını (iplərin bir-birinə toxunmasının analoqu) əldə etmək üçün elm adamları FDM (fused deposition modeling) texnologiyasından istifadə ediblər.

“FDM texnologiyası iplər bir-birinə yapışdıqları üçün parça kimi toxuma quruluşu düzəltməyə imkan vermir. Bunu lazerlə reallaşdırmaq mümkündür, ancaq bu halda materialın dəyəri dəfələrlə artacaq”, - deyə mütəxəssislər bildirib.

Bildirilir ki, 10x10 santimetrlik parça nümunəsinin qiyməti FDM texnologiyasından istifadə edildiyi təqdirdə 60-70 rubla (1.34-1.56 AZN), lazerlə hazırlanarsa, 5 min rubla (112 AZN) başa gələcək.

Yeni texnologiyanın yaradıcıları aşağı qiymət və əlçatanlığı ilə əlaqədar materialın geniş istifadəyə uyğun olacağını qeyd edirlər.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi