olkepress.com
olkepress.com

Honkonqda iğtişaşlar zamanı 100-dən çox etirazçı saxlanılıb

30-09-2019, 00:30

Honkonqda iğtişaşlar zamanı 100-dən çox etirazçı saxlanılıbHonkonqda hökumət əleyhinə keçirilən və iğtişaşlarla müşayiət olunan nümayişlər zamanı 100-dən çox iştirakçı saxlanılıb.

Olkepress.com APA-a istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Məlumata görə, etirazçılarla Honkong təhlükəsizlik qüvvələrinin üzvləri arasında baş verən qarşıdurmadan sonra 25 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.

Bundan əvvəl Honkong polisinin radikal etirazçı qrupları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilib. İğtişaşlar Admiralti rayonundakı hökumət kompleksinin qarşısında, eləcə də bəzi qonşu məhəllələrdə baş verib. Aksiya iştirakçıları polislərə kərpic və “molotov kokteyli” atıb, küçələri mühasirəyə almağa, yanğınlar və vandalizm aktları törətməyə çalışıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi